1. Sevgilinizin çox yaxın olduğu qarşı cinsdən dostu var? I- Yox, yoxdu, ola da bilməz II- Var, amma çox yaxın deyillər III- Hə, var və hamısı yaxşi insanlardır IV- Yaxın dostu varsa da bilmirəm, onsuz da maraqli deyil
2. Sevgilinizin qarşı cinsdən olan dostuna ad günü hədiyyəsi seçməyə getməsinə necə baxardınız? I- Dünyasını qaraldardım II- Hirslənərəm, amma üzə vurmaram III- Çox incə bir davranış olduğunu deyərəm IV- Əhəmiyyət vermərəm
3.
Təklikdə yemək yeməyə getdiyiniz vaxt qarşi cinsdən olan qarsona
(ofisanta) gülümsəməsi, xoş davranması, zarafat etməsi sizə necə təsir
edər? I- Qarsona hirsimi tökərəm II- Hirslənərəm, amma üzə vurmaram III- Mən də gülümsünərəm, zarafata qoşularam IV- Vecimə almaram
4.
Birlikdə tətilə getmiş olsanız oteldə keçirilən əyləncələrdə
sevgilinizin iştirakına, qalib gəlməsinə münasibətiniz necə olar? I- Hər kəsin ona baxmağına görə narahat olardım II- "Bax, bu mənim sevgilimdi" deyib fəxr edərdim III- O əyləncələrdən zövq aldığı üçün problem yaratmaram IV- Əhəmiyyət vermərəm
5. Sevgilinizin köhnə sevgilisi hər hansı bir məsələdə kömək istəmək üçün sevgilinizə müraciət etsə, nə tədbir görərsiniz? I- "Bu nə məsələdi?" deyib aləmi qarışdıraram. II- Kömək etmək üçün mən də əlimdən gələni edərəm III- Hirslənərəm, amma hiss etdirmərəm IV- "Birinci dəfədən heç nə olmaz" deyib fikir vermərəm
6. Sevgilinizin qarşı cinsdən olan qohumları ilə yaxın və səmimi münasibətini necə qiymətləndirərsiniz? I- Çox yaxındılarsa, əsəbləşərəm II- "Qohumu" deyirsiniz, əlbəttə ki, yaxın olacaqlar III- O qədər də can-ciyər olmağa ehtiyac yoxdu! IV- Heç fikir vermərəm
7. Saatlarla iş yerində qarşı cinsdən bir iş yoldaşı ilə işlədiyini bilsəniz nə reaksiya verərsiniz? I- Dünyanı başına yıxaram II- Çox sərt reaksiya vermərəm, amma etirazımı bildirərəm III- Hirslənərəm, amma hiss etdirmərəm IV- İş işdir, əlbəttə ki, işləyəcək
8. Siz olmadan getməli olduğu 1 məclisə dəvət alsa, nə edərsiniz? I- Qətiyyən getməyini istəmərəm II- Başqa kimin dəvət olunduğunu öyrənib, ona görə davranaram III- Narahat olaram, amma gizlədərəm IV- Heç nə etmərəm, son dərəcə normal bir haldır
9.
Gecə vaxtı telefonuna mesaj gəlsə, sonra sizdən uzaqlaşıb kiməsə zəng
etsə, qayıtdıqdan sonra sizə bu barədə heç nə deməsə, nə edərsiniz? I- O gecəni fəlakətə çevirərəm II- Çox sərt reaksiya vermərəm, amma kefim pozular III- "Deməli şəxsi məsələdi" deyib, üstünə çox düşmərəm IV- Əhəmiyyət vermərəm
10. Qarşı cinsdən olan bir iş yoldaşı sevgilinizə ad günü hədiyyəsi alsa, nə edərsiniz? I- Hədiyyəni əvvəlcə sevgilimin, sonra iş yoldaşının başında parçalayaram II- Bunun nə mənaya gəldiyini sevgilimdən soruşaram III- Qanım qaralar amma ağ eləmərəm IV- Nə qədər incə düşüncəli, diqqətli iş yoldaşı olduğunu düşünərəm
Cavablardan
I cavaba 3 bal, II cavaba 2 bal, III cavaba 1 bal, IV cavaba ise 0 bal
verin və hesablayın. Hesabladığınız cavabların cəmi, Əgər 20-30 olsa Siz
qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də
qısqanmaq olar? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız
ücbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir.
Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən
bir də yeməyini-suyunu verin. Çox qısqanc insanlar təhlükəli olurlar.
Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox,
xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da
göstərmək olar.
Əgər 10-19 olsa Əslində
qısqanc sayılırsınız, amma sevgilinizə qoyduğunuz hörmət sizə özünüzə
nəzarət etmənizə kömək edir. Bəzən anidən özünüzdən çıxsanız da, səbrli
davranırsınız. Bu da qısqanclıq sayılmır, çünki normal insanlar da belə
reaksiya verir. Amma qarşınızdakı insan bunu qiymətləndirməli, sizi
qısqandırmamalıdır.
Əgər 0-9 olsa Qısqanmaq?
O necə olur? Həddən artıq qısqanmaq psixoloji xəstəlik hesab edilsə də,
hərdən ətrafınızda baş verənlərlə maraqlanın. Siz o qədər rahatsınız
ki, sevgiliniz hərdən onu sevib-sevmədiyinizə şübhə ilə yanaşır. Onun
həyatınızda necə vacib adam olduğunu qısqanclıq olmadan da göstrərə
bilərsiniz. Doğrudan da çox rahatsınız, sizi təbrik edirik! Dünyada hər
kəs sizin kimi olsaydı, hamı problemsiz yaşayardı, dünya vecinə olmazdı.