.....:::::Xosh Gelmisiniz:::::.....
Среда, 24.04.2024, 10:10



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

Главная » 2008 » Декабрь » 2 » Komputer letifeleri...
Komputer letifeleri...
21:40
Sizlere Komputer letifeleri teqdim edirem..Inaniram ki cox eyleneceksiniz:)))...Xeberin ardina kecin,oxuyun ve gulun:))..

1. Üç nəfər kompüterin arxasında oturub poçtu oxuyur. Ekranda uzun məktub var. İkisi oxudu biri isə qalıb.
-Əgər belə oxusan məktubun axırından xəbərin olmayacaq. 
-Mən axı ekranın qarşısında hamıdan arxada otururam. 

2. İnetçinin qızı atasına deyir: 
-Ata, havaya bax. 
-İndi, - cavab verərək brauzerə “http://weather.yahoo.com” yazır. 

3. Proqramçılar iki dəfə səhv edirlər: ilk dəfə anadan olanda, ikinci dəfə isə sənət seçəndə.

4. 14400 sürətli internet mənim səbrli olmağıma səbəb oldu.

5. Pivə zavodunun direktoruna proqramçılar tərəfindən məktub gəlir: 
- Sizdən xahiş edirik ki, bizim şirkəti sürəti 0.5 l/s sürətli xəttə qoşasınız. 

6. Proqramçının oğluna ad qoyurlar. Proqramçı deyir: 
- Uşağın adı 8 simvoldan çox olmamalıdır.

7. Taliban xakerləri çox parazitdirlər. 
Kompüterləri və e-poçtları olmadan onlar virusları zərfə qoyub poçtla göndərirlər.

8. 1 yanvar 2000-ci il- üçüncü minilliyin beta versiyası. 
1 yanvar 2001-ci il- üçüncü minillik.

9. Proqramçı NUO (Naməlum Uçan Obyekt) görür: 
-Kiminsə diski uçdu... 

10. İnetçi küçədə iki qadının maraqla söhbət etdiyini görür. Özü də yüksək səslə və tez-tez. 
“Traffikə bax eee”, deyə fikirləşir.

11. İstifadəçi provayderə zəng edir və deyir: 
-Mən internetə girə bilmirəm! 
-Problem nədədir ki? 
-Problem ondadır ki, mənim kompüterim yoxdur.

12. Xaker - o, yüksək səviyyəli lamer deyil, o, az maaş alan proqramçıdır.

13. Bir soyğunçu internet kafeyə daxil olur: 
- Tez elə 10 saat internet 

14. Sərnişin təyyarəsinin göyərtəsi. Hündürlük 6000 m. Göyərtə kompüterinin displeyində yazı əmələ gəlir: 
Mühərriklər 6h000y03 modulundakı naməlum səhvə görə dayandırılıb. Bir daha uçmağa çalışın. Səhv təkrarlanarsa istehsalçıya müraciət edin.

15. Windowsun quraşdırılmasının başlanğıcının qurtarmasının davamının başa çatmasının üçüncü mərhələsi gedir.

16. Yeni kompüter texnologiyaları üzrə konfrans. 
Bill Geyts çıxış edir: 
- Biz sizə əməliyyat sisteminin ən yeni versiyasını təqdim etməyə şadıq. 
Hələlik, o yalnız bir ekzemplyarda və yalnız bu kompüterdə mövcuddur. Onun xüsusi imkanları odur ki, komandaları insan səsini başa düşərək yerinə yetirir. 
Camaatın içindən səs gəlir: 
- Format C. Enter.

17. Bir kişi kompüter salonuna gəlir: 
-Mən dünən sizdən kompüter almışdım... 
-Nə olub, problem var? 
-Bəli. Kompüter yanıb. 
-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb? 
-Hamsı! 
-Yox elə olmur. Prosessor yanıb? 
-Yanıb. 
-Bəs sabit yaddaş? 
-Yanıb. 
-Bəs ekran? 
-Yanıb. 
-Aman Allah! Siz onunla nə etmisiz? 
-Dünən evimdə yanğın olmuşdu ...

18. Oğul atasının yanına gəlir: 
-Ata, “HDD Format completed” nə deməkdir? 
-Bu o deməkdir ki, sən indi döyüləcəksən.

19. Ədəbiyyat dərsində müəllim sual verir: 
- Kim başqa dillərin təməli olan, lakin həmin dildə danışmadığımız dillərdən birinə misal göstərə bilər? 
Məmməd: 
- HTML

20. Windows! 
Bunu tanımayanlar dincəlirlər.

21. İki qız söhbət edir: 
-Hə. Sənin yeni tanış olduğun oğlan necədir? 
-Düzünü desəm arıq, hündürboy, gözəl bir oğlandır, amma heç proqramçıya oxşamır.

22. Uşaq proqramçı atasının yanına gəlir: 
-Ata, niyə görə günəş həmişə şərqdən çıxıb qərbdə batır? 
-Yoxlamısan? 
-Hə, ata, yoxlamışam. 
-Yaxşı yoxlamısan? 
-Hə. 
-İşləyir? 
-İşləyir. 
-Sən mənim canım ona daha deymə, dəyişiklik etmə. Əgər işləyirsə elə qalsın. 

23. Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır. 
(P): - Gəl tapmaca oynayaq. Tapsan - mən sənə 5 dollar, yox - sən mənə 5 dollar və tərsinə. 
(M): - Mən yatmaq istəyirəm, əl çək... 
(P): - Gəl oynayaq! Asan oyundur! 
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm... 
(P): - Yaxşı. Gəl belə. Mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Gedər? 
(M): - Yaxşı, gəl. 
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var? 
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir. 
(M): - İndi sən soruş! 
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir: 
- Yaxşı, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir? 
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçnə tapmır. Cibindən 50 "göy" çıxardır, mühəndisə verir. Mühəndir pulu götürür, qoyur cibinə və yuxuya hazırlaşır. 
(P): - Hey, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir? 
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.

24. Heyvanxanada uşaq barmağı ilə primatlar olan qəfəsə tərəf göstərir və qışqırır: 
- Ana ! Ana ! Bax - proqramçılar! 
- Sən nəyə görə belə fikirləşirsən? 
- Onlar atam kimidirlər ! - çirkli, tüklü və yanlarında "mazol" var !!

25. İgid yolnan gedir. Görür ki, əjdaha oturub. Gedir onun yanına və başını kəsir. Əjdahanın iki təzə başı çıxır. İgid ikisini də kəsir, yerinə dördü çıxır. Dördünü kəsir, səkkizi çıxır və s. Və nəhayət o 65535 baş kəsdikdən sonra əjdaha ölür. Çünki o 16 bitlik əjdaha idi.

26. Xakerin yanına lamer gəlir, ona işləməyən proqramının kodunu göstərir və soruşur: 
- Məndə səhv hardadır? 
- DNT-də!!!

27. Stüardessa sərnişinlərin yanına çıxır və deyir: 
- Hörmətli sərnişinlər, təyyarəmizin göyərtəsində Windows 2000-lə işləyən ən təhlükəsiz idarəetmə sistemi durur... 
Salonda panika yaranır. 
Sərnişinlər tələsik təyyarəni tərk edirlər. Axırıncı Bill Geyts çıxır. 
- Bəs siz niyə tələsmirsiz? 
- Niyə tələsim ki? Biz onsuzda havaya qalxmayacayıq.

28. Ata, ày ata - mənə təzə vinçester al, köhnə artıq pis işləyir... 
- Bəs sehrli söz?! 
- İşə bir bax, bura da parol qoyublar.

29. Proqramçı yolnan gedir və iki gəşəng qız görüb onlara yaxınlaşır və deyir: 
- Qızlar, pivə istəyirsiz? 
- Yox 
- Bəs şampan? 
- Yox 
- Bəs konyak? 
- Yox 
"Qəribədir"- proqramçı özü-özünə fikirləşir, standart drayverlər yaramadı.

30. Ana mağazaya getməyə hazırlaşır. 
- Oğlum sənə nə alım? 
- Mənə bir az konfet al. 
- Neçə meqabayt oğlum? 

31. Qoca haker nəvəsinə nağıl danışır: 
- ... o, qızıl balıqla klik elədi... 
- Baba, bəs niyə görə balıqla? 
- O vaxtı siçan yox idi...

:Ən çox hansına güldünüZ???

Категория: Xeberler | Просмотров: 1198 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
1 Kralica  
0

Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024