.....:::::Xosh Gelmisiniz:::::.....
Суббота, 20.04.2024, 17:14



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Azərbaycan sənətçilərinin hansıları hərbi xidmətdə olublar? ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

  Azərbaycan sənətçilərinin hansıları hərbi xidmətdə olublar?

Əməkdar artist Faiq Ağayev əsgərlikdə olmayıb, bunun səbəbi isə səhhətindəki problemlərdir

Müğənni Eyyub Yaqubov isə Rusiya Federasiyasının Sibir vilayetində xidmət göstərib. E. Yaqubov müharibə olacağı təqdirdə, iştirak etməyə hazır olduğunu da vurğulayıb

Aktyorlar Coşqun Rəhimov ve Rafael İsgəndərov isə Cəlilabadda əsgərlik çəkiblər, onlar işğal altında olan torpaqların azad olunmasına iştirak etməyə hazır olduqlarını bildiriblər.

Şoumen Murad Dadaşov Bakı Dövlət Universitetində təhsil alıb, o, ehtiyatda olan zabitdir. Muharibə başlayacağı zaman vuruşmağa hazırdır.

“Bakılı oğlanlar” komandasının digər üzvləri Bəhram Bağırzade və Anar Məmmədxanov da ehtiyatda olan zabitlər sırasındadırlar.

Meyxanaçı Namiq Qaraçuxurlu isə Kürdemirdeki N saylı hərbi hissədə, Hərbi Hava Qüvvələrinin tərkibində əsgəri xidmətdə olub. 

Müğənni Abbas Bağırov isə hələ əsgərlikdə olmayıb və bunun səbəbini də açıqlamayıb

Əməkdar artist Edalət Şükürov üç il dörd ay Şimal Buzlu Okeanın Novaya Zemlya adasında sualtı gəmidə xidmət edib. O, müharibə başlayan gün döyüşə getməyə hazır olduğunu da qeyd edib.

Rejissor Aqil M .Quliyev isə əsgəri xidmətdə olmayıb. Rejissor bunu ali təhsil alması ilə əlaqələndirib.

Rejissor Kənan M.M 1998-99-cu illərdə Naxçıvan Muxtar Respublikasında əsgəri xidmətdə olub: “Müharibə başlayan an Vətənin müdafiəsinə qalxmağa hazıram”. Rejissor Fuad Elişov Rusiyada xidmət edib

“Şeron” qrupunun üzvləri Ülvü, İntizar, Məlikməmməd isə əsgərlikdə olmayıblar.

Nadir Qafarzadə 1989-91-ci illərdə Rusiya Federasiyasının Murmansk vilayətində əsgəri xidmətdə olub.

Samir Bağırov isə Bakıda əsgəri xidmətdə olub. S. Bağırov bildirib ki, müharibə başlasa, o yalnız müğənni kimi əsgərlərə ruh verə bilər. 

Şoumen Fərda Xudaverdiyev Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. 

“Dəyirman” qrupunun üzvlərindən yalnız Malik Kələntərli Azərbaycan Daxili Qoşunlarında əsgərlik çəkib. Qrupun digər üzvləri ehtiyatda olan zabitlərdir.



Форма входа

Календарь новостей
«  Апрель 2024  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024