.....:::::Xosh Gelmisiniz:::::.....
Воскресенье, 28.04.2024, 09:56



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

Главная » 2009 » Январь » 21 » Qızlar üçün pəhriz cədvəli
Qızlar üçün pəhriz cədvəli
01:21

DEMƏLİ BELƏ :
I gün:

İstənilən tərəvəzdən yarım kiloqram salat hazırlayıb, üzərinə bir xörək qaşığı bitki yağı əlavə edib, yeyin.

II gün:

Suda qaynadılmış mal əti.


III gün:

Tərəvəz salatı və yağsız kəsmik.

IV gün:

Kəsmik.

V gün:

Meyvə və ya tərəvəz salatı, kəsmik.

VI gün:

Meyvə (banan, armud və xurmadan başqa).

VII gün:

Buğda bişmiş bir kiloqram balıq və eyni miqdarda tərəvəz salatı. 

Diqqət

Pəhriz zamanı çay və kofe qəbulunu azaldın. Lakin gün ərzində 8 stəkan su içmək sizə kömək edib, pəhrizin effektini artıracaq. 

Axşam saat 6-dan sonra yemək olmaz. Bu pəhrizi poza bilər. 

Təbii meyvə şirələrini 1:2 nisbətində qaynadılmış su ilə qarışdırıb, içə bilərsiniz. 

Pəhriz zamanı stresdən uzaq olmaq lazımdır. Yaxşı əhval-ruhiyyə arıqlamaq həvəsini daha da artırır. 


Statistika

Cinsi əlaqə zamanı qadın 200-600 kalori yandırır. Bu da yarım saat qaçışa (372 kalori), 40 dəqiqə velosiped sürməyə (380 kalori) və ya 1,5 saat şopinq etməyə (370 kalori) bərabərdir. Həmçinin internetdə dörd saat axtarış edib, yazışmaq 374,4 kalori, 7 saat televizora baxmaq isə 359 kalori yandırır. 




Bədən formasına görə fitnes

İdman klublarında bir qrup qadının eyni tempdə, bir saat ərzində idmanla məşğul olması bədən formasına və sağlamlığa ziyandır. Çünki hər qadının hərəkət tempi müxtəlifdir. Bu tip idman qadınların ayaqlarında damar dartılmasına səbəb olur. Dartılan damarların aralarındakı boşluqlara isə piy qatları daxil olur. Bu da sellülit əmələ gətirir. Qeyd edək ki, hündürdaban ayaqqabı da eyni problemi əmələ gətirir. Düzgün fitneslə məşğul olmaqdan ötrü əvvəl bədəninizin tipini öyrənməyə çalışın. 


Bədən forması – «armud»

Bədəninizin yuxarı hissəsi arıq, bel incə, çiyinlər balaca, qollar nazik, aşağı ətraflar ətli, çanaq iri, qarnınızsa piylidir? İdmanla axırıncı dəfə məktəbdə, bədən tərbiyəsi dərsində məşğul olmusunuz? O zaman siz fitnesə iri addımlarla gəzinti və yüngül qaçış ilə başlaya bilərsiniz. Üzgüçülük bədəninizin əzələlərini dartıb, aşağı ətrafları hərəkətə gətirib, qarnı əridər. Velotrenajor da eyni effekti verəcək. Lakin uzun müddət üzgüçülüklə məşğul olmaq çiyinləri enlədir. 


Bədən forması – «alma»

Çiyinləriniz enli, qollarınız kök, qarnınız piyli, lakin ayaqlarınız arıqdırsa, qantellərlə idman etməyə başlayın. Qanteli ev şəraitində yarım litrlik su şüşəsi ilə əvəz etmək olar. Qolları hərəkət etdirmək döşlərin də formasının yaxşılaşacağına işarədir. Qarınısa velosiped sürmək və ya qaçmaqla əritmək olar. Beliüstə uzanıb, ayaqları havaya qaldırmaqla da velosiped sürmək olar. Üzgüçülük də bel və qarın piylərinin əriməsinə kömək edər. 


Unutmayın!

Fitnesə başlamazdan əvvəl yüngül isinmə hərəkətləri edin. Bu, damar və əzələ dartınmalarının qarşısını alıb, sizi zədələrdən qoruyar.

sad Fikirlərinizi bizlərlə bölüşün !!! sad

Просмотров: 1875 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Январь 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024