.....:::::Xosh Gelmisiniz:::::.....
Четверг, 19.10.2017, 10:28



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 441

Главная » 2008 » Декабрь » 20 » Yeni Bir Test Teqdim Edirem
Yeni Bir Test Teqdim Edirem
21:57
1. Sevgilinizin çox yaxın olduğu qarşı cinsdən dostu var?
I- Yox, yoxdu, ola da bilməz
II- Var, amma çox yaxın deyillər
III- Hə, var və hamısı yaxşi insanlardır
IV- Yaxın dostu varsa da bilmirəm, onsuz da maraqli deyil


2. Sevgilinizin qarşı cinsdən olan dostuna ad günü hədiyyəsi seçməyə getməsinə necə baxardınız?
I- Dünyasını qaraldardım
II- Hirslənərəm, amma üzə vurmaram
III- Çox incə bir davranış olduğunu deyərəm
IV- Əhəmiyyət vermərəm


3. Təklikdə yemək yeməyə getdiyiniz vaxt qarşi cinsdən olan qarsona (ofisanta) gülümsəməsi, xoş davranması, zarafat etməsi sizə necə təsir edər?
I- Qarsona hirsimi tökərəm
II- Hirslənərəm, amma üzə vurmaram
III- Mən də gülümsünərəm, zarafata qoşularam
IV- Vecimə almaram


4. Birlikdə tətilə getmiş olsanız oteldə keçirilən əyləncələrdə sevgilinizin iştirakına, qalib gəlməsinə münasibətiniz necə olar?
I- Hər kəsin ona baxmağına görə narahat olardım
II- "Bax, bu mənim sevgilimdi" deyib fəxr edərdim
III- O əyləncələrdən zövq aldığı üçün problem yaratmaram
IV- Əhəmiyyət vermərəm


5. Sevgilinizin köhnə sevgilisi hər hansı bir məsələdə kömək istəmək üçün sevgilinizə müraciət etsə, nə tədbir görərsiniz?
I- "Bu nə məsələdi?" deyib aləmi qarışdıraram.
II- Kömək etmək üçün mən də əlimdən gələni edərəm
III- Hirslənərəm, amma hiss etdirmərəm
IV- "Birinci dəfədən heç nə olmaz" deyib fikir vermərəm


6. Sevgilinizin qarşı cinsdən olan qohumları ilə yaxın və səmimi münasibətini necə qiymətləndirərsiniz?
I- Çox yaxındılarsa, əsəbləşərəm
II- "Qohumu" deyirsiniz, əlbəttə ki, yaxın olacaqlar
III- O qədər də can-ciyər olmağa ehtiyac yoxdu!
IV- Heç fikir vermərəm


7. Saatlarla iş yerində qarşı cinsdən bir iş yoldaşı ilə işlədiyini bilsəniz nə reaksiya verərsiniz?
I- Dünyanı başına yıxaram
II- Çox sərt reaksiya vermərəm, amma etirazımı bildirərəm
III- Hirslənərəm, amma hiss etdirmərəm
IV- İş işdir, əlbəttə ki, işləyəcək


8. Siz olmadan getməli olduğu 1 məclisə dəvət alsa, nə edərsiniz?
I- Qətiyyən getməyini istəmərəm
II- Başqa kimin dəvət olunduğunu öyrənib, ona görə davranaram
III- Narahat olaram, amma gizlədərəm
IV- Heç nə etmərəm, son dərəcə normal bir haldır


9. Gecə vaxtı telefonuna mesaj gəlsə, sonra sizdən uzaqlaşıb kiməsə zəng etsə, qayıtdıqdan sonra sizə bu barədə heç nə deməsə, nə edərsiniz?
I- O gecəni fəlakətə çevirərəm
II- Çox sərt reaksiya vermərəm, amma kefim pozular
III- "Deməli şəxsi məsələdi" deyib, üstünə çox düşmərəm
IV- Əhəmiyyət vermərəm


10. Qarşı cinsdən olan bir iş yoldaşı sevgilinizə ad günü hədiyyəsi alsa, nə edərsiniz?
I- Hədiyyəni əvvəlcə sevgilimin, sonra iş yoldaşının başında parçalayaram
II- Bunun nə mənaya gəldiyini sevgilimdən soruşaram
III- Qanım qaralar amma ağ eləmərəm
IV- Nə qədər incə düşüncəli, diqqətli iş yoldaşı olduğunu düşünərəm


Hesablama Qaydası
____________________________________________________

Cavablardan I cavaba 3 bal, II cavaba 2 bal, III cavaba 1 bal, IV cavaba ise 0 bal verin və hesablayın. Hesabladığınız cavabların cəmi,
Əgər 20-30 olsa

Siz qısqanclığınızla sevgilinizi dəli edərsiniz! Dəhşətsiniz! Bu qədər də qısqanmaq olar? Bu qədər də olmaz axı... Sizin qısqanclığınız ücbatından birlikdə olduğunuz anlarda sevgiliniz rahat davrana bilmir. Bəlkə onu 1 otaqda ağzı bağlı saxlayasınız, heç kim görməsin, hərdən bir də yeməyini-suyunu verin. Çox qısqanc insanlar təhlükəli olurlar. Sevginizi qısqanmaqla, qadağan etməklə, onu həyatından bezdirməklə yox, xoş davranışla, onu başa düşməklə, istəklərini reallaşdırmaqla da göstərmək olar.

Əgər 10-19 olsa
Əslində qısqanc sayılırsınız, amma sevgilinizə qoyduğunuz hörmət sizə özünüzə nəzarət etmənizə kömək edir. Bəzən anidən özünüzdən çıxsanız da, səbrli davranırsınız. Bu da qısqanclıq sayılmır, çünki normal insanlar da belə reaksiya verir. Amma qarşınızdakı insan bunu qiymətləndirməli, sizi qısqandırmamalıdır.

Əgər 0-9 olsa
Qısqanmaq? O necə olur? Həddən artıq qısqanmaq psixoloji xəstəlik hesab edilsə də, hərdən ətrafınızda baş verənlərlə maraqlanın. Siz o qədər rahatsınız ki, sevgiliniz hərdən onu sevib-sevmədiyinizə şübhə ilə yanaşır. Onun həyatınızda necə vacib adam olduğunu qısqanclıq olmadan da göstrərə bilərsiniz. Doğrudan da çox rahatsınız, sizi təbrik edirik! Dünyada hər kəs sizin kimi olsaydı, hamı problemsiz yaşayardı, dünya vecinə olmazdı.
Категория: Xeberler | Просмотров: 606 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017