.....:::::Xosh Gelmisiniz:::::.....
Пятница, 19.01.2018, 00:27



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 442

Главная » 2008 » Декабрь » 11 » Göndərməyəcəm.....
Göndərməyəcəm.....
01:36

Mən Bu sayta İlk Dəfə Gələndə Özümə söz vermişdim ki, Sevgi Bölməsi ilə bağlı xəbər göndərməyəcəm....Ona görə ki Bu dünyada sevgi yox idi o vaxt mənim üçün 
Ama bu mənim sevgi barədə ilk xəbərimdi çunki mən artıq öz sevgimi tapmışam..Bu gündən

Sevgi Bölməsində mənim xəbərlərimin ardı-arası kəsilməyəcəkdir...


urey

Çünki mən yoxam. Göndərməyəcəm... Çünki sən də yoxsan!



Bilirəm oxumayacaqsan, amma yenə də yazıram. Oxumayacaqsan, çünki göndərməyəcəm. Bəlkə otağımın bir küncündə, bəlkə geymədiyim bir köynəyin cibində tapacaqlar illər sonra. Kimisi sevgi məktubu deyəcək, kimisi ümid dolu bir məktub... Kimisi cümlələrin qəlbən yazılışına heyran qalacaq, kimisi sualların sərtliyi ilə təsirlənəcək... Hal-hazırki bir kağız olmayacaq indi əlimdə tutduğum kağız. Bəzi hərflər oxunmayacaq, bəzi sorğu işarələri də həmçinin. Kimisi sorğularımı xəyallar kimi anlayacaq. Nöqtələrim belə silinəcək. Bu gün bitirdiyimi sandığım bir çox xatirələrdən bitməmiş cümlələr qalacaq illər sonra... Səni hökmən suçlayacaqlar. Mənim özümü günahlandıran ifadələrimdən belə, mənə acıyan çıxacaq. Bu məktubumu oxuyanlar sənin gözəl olduğuna dair hökm edəcəklər. Hətta gözəl belə deyilsən anlamlı olduğunda həmfikir qalacaqlar. Səni sevdiyimi düşüncələrinə belə gətirməyəcəklər. Amma sənin məni sevib sevmədiyin məsələsində biri-biriləriylə mübahisəyə girəcəklər. Sən oxumayacaqsan, amma oxuyacaqmışsan kimi yenə də yazıram. Yazdıqdan sonra cırıb atmağı da düşünürəm. Amma ağlımda başqa fikir. Amma xeyir, saxlayacam. 

Oxumamış olsan da kəlmələrimi sevdiyimi bilirsən. Sevdiyim üçün, mənim sənə bu məktubu yazdığımı hiss edəcəyini bilirəm. Mən yazarkən içinin ürpəkdiyini, gülən üzünün hüznləndiyini, danışan dilinin susqunlaşdığını, ağlının qarışdığını, qəlbinin həyəcanla atdığını hiss edirəm. Bəlkə sırf bu səbəbdən yazıram. Sanki bu yazılarımla sənə toxunuram. Sanki kağızı qatlamaq deyil, sənə sarılıram. Məktubu saxlamayıb sanki səni unutmağa çalışıram. Xeyir, oxumayacaqsan. Göndərməyəcəm, çünki adresin yoxdur. Bəlkə poçtalyona versəm səni tapar. Amma öncə məni çox yaxşı tanıması gərək. Mənim də onu. Tanıması kifayət etməz məni anlaması da həmçinin şərt. Mənim də onu. Mənim üçün sənin necə anlam ifadə etdiyini yaxşı bilməsi gərək. Bilməlidir ki, səni tapa bilsin. Bilməlidir ki, səni tapmaq ayaqlarını yormasın, ağlını çaşdırmasın. Bu məktubu göndərməyəcəm. Çünki sahibini bilmirəm. Səni sevirəm amma kimsən bilmirəm. Nə üzünün simasını, nə səsinin tonunu, nə oturduğun evin mənzərəsini. Hansı vurğuyla çıxar dilindən sevgin? Hansı rəngləri sevirsən? Məktub alınca nə hiss edərsən? Səni qorxudan bir qapı zənginin səbəbi olmaq istəmirəm. Mənim necə biri olduğumu sən zənn edə bilməzsən. Bu məktubu göndərməyəcəm. 
Çünki mən yoxam. Göndərməyəcəm... Çünki sən də yoxsan!



Просмотров: 1032 | Добавил: ELIS | Рейтинг: 1.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2018