.....:::::Xosh Gelmisiniz:::::.....
Понедельник, 18.12.2017, 02:22



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 442

Главная » 2008 » Декабрь » 11 » Körpənizi bağçaya ağlamadan aparın
Körpənizi bağçaya ağlamadan aparın
01:09




Körpənizi bağçaya ağlamadan aparın


Daha ətraflı xəbərin ardında...









Ana nəvazişinə və qayğısına öyrəşən körpəni hər səhər bağçaya aparmaq əsl şouya çevrilir. Körpə anasının ətəyindən yapışıb, gilə-gilə gözyaşları axıdıb yalvarır. Ata bu vəziyyətdə özünü soyuqqanlı aparmağı bacarır. Amma qəlbi kövrək ana «eybi yox, bu gün otur evdə, sabah gedərik» deyib, körpəsinin «işgəncəsinə» göz yuma bilmir. Amma onu da nəzərə almaq lazımdır ki, bağça uşağın ümumi inkişafı ücün vacibdir. Amma onu zorla bağcaya göndərmək olmaz. Onda uşaq həmyaşıdlarından ayrı gəzər, onlarla oynamaq istəməz, bir küncdə oturar, naharı könülsüz edər, hətta tərbiyəçini belə yaxına buraxmaz. Bəs bu cür problemlərdən necə çəkinmək olar?

Bağça mövsümü

əvvəlcə uşağın hansı mövsümdə bağcaya gedəcəyini dəqiqləşdirin. Körpəni bağcaya göndərməyin ən yaxşı ərəfəsi sentyabr ayıdır. Çünki bu zaman kollektivə bir necə yeni uşaq qoşulur. Hətta köhnə kollektivdə olan uşaqlar yay tətilində bir-birilərini unudurlar və sentyabr ayında yenidən tanış olmağa başlayırlar. Beləcə, kollektivə qoşulan yeni uşaqlar köhnələrdən secilmirlər. Sentyabr ayı körpənin enerjisinin bol vaxtına təsadüf etdiyindən, o, bağçaya daha cox maraq göstərəcək.



Yaş həddi

* Hazırda iş-güc sahibi olan valideynlər uşaqlarını yaş yarımında bağcaya qoyurlar. Amma uşağın bağcaya getmək ücün ən ideal ərəfəsi 3 yaşdır. Çünki körpə heç olmasa danışmağı bacarmalıdır. Valideyn uşağın yanında olmayıb, onun problemləri ilə hər dəqiqə maraqlana bilmir. Ona görə də uşaq istədiyini tərbiyəciyə deməlidir. əgər tərbiyəci uşağa qarşı yaxşı davranmadısa, o, şikayətini evdə bildirməlidir.

* Uşaq bu yaş ərəfəsində valideynlərdən cox həmyaşıdlarının əhatəsində böyüməlidir. Həm də bu ərəfədə uşaq hər şeyi özü sərbəst etmək istəyir.



Körpə bağçaya getmək istəmirsə…

* İlk növbədə körpənizi bağça rejiminə öyrəşdirin ki, orada ona asan olsun.



Rejim

7:00 – 8:30 – uşaq bağçaya getməlidir.

9:00- səhər yeməyi, gəzinti və dərs.

12:00- 12:30- nahar

13:00-15:00- yatmaq saatı

15:30- nahararası, oyun və gəzinti

18:00- bağça bağlanır.



* əgər uşağınız günorta yatmağa öyrəşməyibsə, onu sadəcə, yatağa uzandırıb, kitab oxuyun və ya əlinə bir-iki oyuncaq verin. Bu rejim hər gün təkrar olunarsa, uşaq başa düşəcək ki, yeməkdən sonra yatmaq saatıdır.

* Uşağın yemək rasionunu bağça rejiminə əsasən dəyişin.

* Uşağın yanında bağça haqqında pis sözlər danışmayın. Söylənilən hər söz uşağın yadında qalır.

* Bu ərəfədə öz həyəcanınızı büruzə verməyin.

* Uşağa başa salmağa calışın ki, hər səhər ana-ata necə işə gedirsə, o da eləcə bağçaya getməlidir. Uşağın da «işi» bağçadır. 



Unutmayın!

* Bağçada uşağın tərbiyəcisi ilə tanış olub, onların adlarını yadınızda saxlayın və əlaqə telefonlarını qeyd edin.

* Tərbiyəci ilə aranızda hər kicik narazıcılığa görə söz-söhbət yaratmayın. Çünki tərbiyəçi sizin hayıfınızı uşağınızdan cıxacaq. 

* Uşağınıza bağça ücün əlavə alt paltarı, geyim dəsti, bir cüt ayaqqabı, dəsmal, yataq dəsti, daraq, corab, kolqotka və çəkmə qoyun.

* Yeni doğulan körpəyə görə ilk uşağı bağçaya verməyin. O hiss edəcək ki, «evdə «dəvətsiz qonaq» var. «Demək, mən valideynlərimə narahatçılıq törədirəm» kimi fikirlər uşağınızı narahat edəcək.

* Uşaqlar bilirlər ki, böyüklər onlara hər şeyi qadağa edirlər. Ona görə də uşağa başa salın ki, ana, ata, hətta xala və əmi də uşaqlardan çox bağçaya getmək istəyirlər. Amma bağçaya ancaq uşaqları buraxırlar. Yəni, böyüklər də qadağalarla üzləşirlər.

* «Gör sən nə qədər böyümüsən ki, artıq özün sərbəst, valideynin nəzarəti olmadan bağçaya gedirsən» kimi sözlərlə uşağınızı tərifləyin. Bu, onun özünəinamını artırıb, qorxusuna qalib gəlməsinə kömək edəcək.

* Uşağın bağçada yemək və gəzintisindən əlavə yeni öyrəndikləri oyunlarla da maraqlanın. Çünki o gün ərzində gördüyü «işin» hesabatını verməlidir.

* Özünüzün bağca şəkillərinizi göstərin. Bağçada başınıza gələn ən maraqlı hadisələri uşağınıza danışıb, onu güldürməyə calışın. Uşaq görəcək ki, hər valideyn bu mərhələni keçib.



Yetişdi ayrılıq çağı

* Uşaq sizdən hec cür ayrıla bilmirsə, ona kiçik şəklinizi və ya cib dəsmalınızı verin. 

* əgər anadan ayrılmaq uşaq üçün əsl işgəncədirsə, ilk günlər onu bağçaya ya nənəsi, ya da atası aparsın.

* Uşağı bağçaya yola salanda öz həyəcanınızı ona büruzə verməyin. Bu, uşağa mənfi enerji bəxş edəcək.

* əgər uşaq kollektivdən və tərbiyəcidən tez-tez şikayət edirsə, bağçanı dəyişməyə tələsməyin. Bu, uşaq üçün ziyandır.

*əgər uşaq bağcadan sonra aqressiv, kaprizli, tərs və əsəbi olubsa, onu danlamayın. Bu ərəfədə övladınıza daha cox diqqət və nəvaziş göstərməyə calışın.








Просмотров: 567 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017