.....:::::Xosh Gelmisiniz:::::.....
Четверг, 25.04.2024, 10:26



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

Главная » 2008 » Декабрь » 10 » Maraqlı, Sevgi
Maraqlı, Sevgi
23:37




Bir qadını ağlatmaq çox çətin deyil

Bir qadını ağlatmaq çox çətin deyil əslində. Qadınlar hər şeyə ağlaya bilər; bir filmə, bir mahnıya, bir yazıya.
Yəni ən az kişilər qədər! Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Əgər bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatmış deməkdir. Amma o ürəyin dəyərini bilməmiş olacaq ki, ağladan, gözünü belə qırpmadan tək-tək batırır iynələrini ürəyə! Bax o vaxt böyük bir yumruq yerləşər sanki qadının boğazına. Udquna bilməz, nəfəs ala bilməz; çünki o böyük yumruq canını çox incidər. Gözləri dolar qadının sona ağlamayacam deyər ürəyində. Amma, qarşısını ala bilməz göz yaşlarının. Çünki ürəyinə çatmışdır biri və iynələməkdədir. Bu ağrıya nə qədər dözə bilər ki, bir qadın. İncə-incə süzülər yaşlar gözündən; əvvəl bir-neçə damla, sonra bir yağış seli... Və qadın ağlar: həm də çox! Hesab etməyin ki, gedən üçün ağlayar qadın! Gedənin getdiyi vaxt qopardığı yerdir onu ağladan, orada qoyduğu yaradır. O yaranın heç sağalmayacağını bilir qadın, onun üçün ağlar. Amma bilməzsiniz, ağlamaq yetkinləşdirir qadınları. Hər damla daha çox qadın edər. Hər damla bir dərsdir çünki.
Bəzən qadınlar ağladığında çox insan ağlama niyə ağlayırsan ki, dəyməz onun üçün deyər. Bilmədikləri üçündür belə demələri. Çünki ürəkləri inciyən qadınlar ağlamazlarsa ölərlər.
İçlərindəki zəhərdir onları öldürən! Ağlayaraq o zəhərdən xilas olarlar qadınlar, o irindən təmizləyər yaralarını. Çünki bilirlər ki, o irini təmizləməsələr iltihaba çevriləcək.
Amma iltihabın qarşısı alınmalıdır, onun üçün də çoxlu ağlayarlar qadınlar. 
Vaxt keçər sonra. Qadınlar özlərinə inanmağı, özlərini sevməyi öyrənərlər. Ümid edirəm ki, öyrənərlər, yoxsa ruhlar fərqli yollara dönərlər. Dönən ruhların düzgün yolu tapması da yeni əzablar deməkdir. Bunu bilir qadınlar. Onun üçün əvvəl-axır öyrənirlər özlərinə inamağı, özlərini sevməyi.
Çox ağlayan qadınlar bir çox şeydən əl çəkənlərdir əslində. Bəli hər damla yetkinləşdirir qadınları, amma, böyüdükcə o inandıqları saf eşq doğrusu qadınların gözündə kiçilir.
Kiçildikcə dəyərini itirir. Və elə bu vaxtlarda özlərinə qayıdırlar qadınlar. Özlərinə inanıb, özlərini sevib yeni bir qadın yaradırlar. Məğlubedilməz, məğrur və eşqə inanmayan...
İnsanlar soruşurlar çox vaxt niyə bu qədər çox tənha qadın var; hamısı kariyera dərdində olan.
Çünki inamlarını itirib o qadınlar! Ürəklərinə o qədər çox iynələr batırılıb ki, o qədər çox ağlayıblar ki! Artıq özlərindən başqa bir doğru olmadığına inanırlar, onun üçün özlərinə dönüb özlərinə inanıb özlərini sevirlər.
Çünki bilirlər ki, inandiqları adamların haqqı deyil onların sevgisinə sahib olmaq! Daima bir mənafeləri oldu inandıqlarının. Onda niyə inanıb sevsinlər ki!? Niyə inanaq ki!?
Ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, yetkinləşir.
Bilin ki, həqiqətləri qəbul etməyə başlamışdır.
Bilin ki, sevginin olmadığına inanmışdır.
Bilin ki inanacağı tək bir doğrusu qalmışdır.
O da kim, nə deyə soruşmayın? Çünki çox ağlayan qadınlar əvvəl-axır özlərinə inanıb, özlərini sevirlər!
Категория: Xeberler | Просмотров: 973 | Добавил: ELIS | Рейтинг: 5.0/1 |
Всего комментариев: 1
1 Kralica  
0
coooooooooooxxxxxxxxxxxxx sagol eladi biggrin smile

Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024