.....:::::Xosh Gelmisiniz:::::.....
Четверг, 19.10.2017, 10:28



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 441

Главная » 2008 » Декабрь » 8 » Qurban Bayramınız Mübarək!!!
Qurban Bayramınız Mübarək!!!
22:56
Qurban Bayramınız mübarəkƏziz istifadəçilər sizi Qurban Bayramımünasibəti ilə ürəkdən təbrik edirik
Bu müqəddəs gündə bir daha Sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi yetirir, hamınıza möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.

Qurban Bayramınız Mübarək


















Абзац
Qurban bayramı müsəlman dünyasında hər il Ramazan ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq, paklıq və Allaha inam və sevgidir.

Bayramın tarixi İbrahim peyğəmbərin həyatında baş verən əhvalata bağlıdır. Yuxuda Allah-təaladan oğlu İsmayılı qurban kəsmək əmri alır. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirmək istəyəndə Yaradan öz sadiq elçisinə qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olmalıdır.

İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur.

1992-ci ildən dövlət səviyyəsində qeyd olunan bayram bu il dekabrın 8-9-na düşür. Həmin günlər qeyri-iş günüdür.



Qurban Bayramınız Mübarək!!!
Категория: Xeberler | Просмотров: 1059 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017