.....:::::Xosh Gelmisiniz:::::.....
Пятница, 24.11.2017, 15:54



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 441

Главная » 2008 » Декабрь » 4 » Xəyanətlə gələn ölüm
Xəyanətlə gələn ölüm
00:39
Bürclərin Pis Tərəfləri..

Maraqlı hekayə

Başını pəncərəyə dayayıb yenə yola baxırdı.
Sakitlik idi küçədə. Sakitliyi ara-sıra keçən maşınların səsi pozurdu. 
Hava çox soyuq və şaxtalı idi. Tahir hələdə gəlməmişdi.
Gülnarənin gözü çox uzaqlara qaranlığa zilləndi. 
Keçmiş Xatirələrə daldı.
 
Davamı ardında!!!


Xəyanətlə gələn ölüm


Başını pəncərəyə dayayıb yenə yola baxırdı. Sakitlik idi küçədə. Sakitliyi ara-sıra keçən maşınların səsi pozurdu. Hava çox soyuq və şaxtalı idi. Tahir hələdə gəlməmişdi.Gülnarənin gözü çox uzaqlara qaranlığa zilləndi. Keçmiş Xatirələrə daldı.
Necə də xoşbəxt idilər. Evlənəcəkləri bir yerdə yaşayacaqları günlərin xəyalını qurardılar. Tahir hər axşam evə güllə qayıdacaq, qapıda onu gülərüzlə qarşılayan Gülnarəni görəcək, mətbəxdən gələn xoş yemək ətrinə sevinəcək deyə-gülə keçəcəkdi günləri. Sadəcə kağız üzərində bitməyəcəkdi evlilik sözü, həyatının yoldaşı olacaqdı Tahir. Birlikdə yaşayacaqlardı sevinci, kədəri. Birlikdə səbirsizlənəcəklərdi balaca ev sahibinin gəlişinə. Amma...
Amma heç də ailə həyatı belə olmadı. Doğrudur əvvəllər xəyallar gərçəkləşirdi. Gülnarə işdən özünü evə çatdırmaqçın tələsər, Tahirin ondan əvvəl çatmamasına çalışardı. Tahir sevirdi qapının zəngini çalıb evə girməyi. Gülnarədən əvvəl evə gəlsəydi soyuq ev ona xoş gəlmirdi. Sevmirdi Gülnarəsiz olan evi. Son zamanlar Tahir evə vaxtında gəlmir, bəzən heç gəlmirdi. Tahir bəhanələr gətirir işlərin çoxluğunu səbəb göstərirdi. Axır günlərdə heç Gülnarəyə cavab verməyi belə özünə borc hesab etmirdi. Evdə dava-dalaşların sayı artmış, küsülülüklər və soyuqluq valideynlər tərəfindən hiss ediləcək səviyyəyə çatmışdı. Bu vəziyyə onları da çox məyus edirdi. Lakin heç bir tərəfdən ailələr onlara qarışmağı, nə isə məsləhət verməyi istəmirdilər. Çünki hər iki ailə onlkarın sevgisinigücünü bilirdi. Nə olursa-olsun onlar mütləq öz aralarında həll edə bilərdilər. Sevgilərinin gücünə inanırdı valideynlər.
Bu gün evlilik günləri idi. Birinci il evlilik günlərində ən yaxınların olanlarla qeyd etmək istəmişdi. Gülnarə istəməmiş, başqa bir günü birlikdə qeyd etməyi təklif etmişdi. Bu günü ikisi birlikdə qeyd etmək çox əvvəldən, Tahirlə nişanlandıqları ilk vaxtlarda xəyal qurmuşdular.
Qapının zəngi Gülnarəni xəyal və acı həqiqətlərlə dolu fikrindən ayırdı.
Qapını açmağa gedərkən dönüb birdə süfrəyə baxdı. Hazırladığı süfrədən razı, lakin ürəyində Tahirin unudacağını düşünərək həyacanlı halda qapıya yaxınlaşdı. Qapının gözlüyündən baxanda Tahirin əlində gül dəstəsini görüb hədsiz sevindi. Demək Tahirdə unutmamışdı. Bu bir ildə sevgiləri xəyal qurduğları kimi davam etməsədə, tamamilə unudulmamışdı. Bu möhkəm küləyə tab gətirib sönməmiş şam işığına bənzəyirdi. Gülnarə qapını üzündə təbəssümlə açdı. Tahir qapıdan içəri girmədən gül dəstəsini Gülnarıyı verdi, onun gözlərinin içinə baxdı. Gülnarə istəniləcək üzürü ya da deyiləcək xoş sözü gözləyərkən Tahir arxaya çevirildi və pillələri iki-iki düşüb çıxıb getdi. Gülnarə çox çaşqındı. Nə olduğunu anlamağa çalışarkən, Tahir artıq çıxıb getmişdi. Gülnarə bir neçə dəqiqə beləcə qaldı. Taahirin qayıdacağını gözləyirdi. Tahir qayıtmadı. Gülnarə əlacsız qalıb evə qayıtdı. Bütün gecəni gözünü bülə qırpmadan Tahiri gözlədi. Tahirin cib telefonunada zəng çatmırdı. Həmən gecədən üç gün keçmişdi. Tahirdənsə xəbər yox idi. Qohum, tanışlar Gülnarəni tək qoymurdular. Tahirdən gələcək zəng və ya xəbəri gözləyirdilər. Polislərdə Tahiri axtarırdılar. Gecə saat 9_u keçirdi. Gülnarənin telefonu zəng çaldı. Zəng polisdən gəlirdi. Dənizdən meyid tapıldığını və onun Tahir ola biləcəyini xəbər verdilər. Dəqiqləşdirilməsi üçün Gülnarəni çağırırdılar. Gülnarə öz atası və Tahirin atası ilə getdi meyidxanaya. Yol boyu çəkdiyi acı Gülnarə nələr yaşatdı, öləcək qədər acı çəkirdi Gülnarə. Amma ölə bilmirdi. Bu dərdə, acı xəbərə necə dözürdü?!...
Bəlkədə inamdı onu yaşadan. Tahirin sağ olduğuna, polislərin yanılmış olduğuna olan inam. Tahirin olmaması üçün yalvarır, dua edirdi Allaha. Meyidxanada olarkən nə qədər cəsarətini toplasada baxa bilmədi cəsədə. Ata tanımışdı oğlunu meyidini. O təsdiqlədə pis xəbəri. Meyid həqiqətəndə Tahirin idi. Meyidin bədənində əzik və yara izləri vardı. Polis bunu özünə qəsd və ya cinayət olduğunu öyrənməkçin Tahirin meyidinin ekspertizadan keçirəcəkdi. Gülnarə fəryad edir tez-tez huşunu itirirdi. Tahirin cəsədinin yarılacağını eşidəndə etiraz etdi. Gülnarəni dinləyən olmadı. Lazımı proses yerinə yetirildi. İki gün sonra Meyid ailəyə təhvil verildi.
Tahirin yasından bir neçə gün sonra qaynatası Gülnarəyə polislərin cəsədi taparkən Tahirin cibindən çıxan məktubu, ekspertizanın rəyini birdə həkimdən kağızı verdi. Məktub Tahirin cibində bir neçə gün dəniz qaldığı üçün yazılar qarışmışdı. Buna baxmayaraq Gülnarə məktubu oxumağa nail oldu. Məktubu dəfələrcə oxudu. Oxuduqca Tahirin ölümü uzaqlaşır, özü yadlaşırdı. Məktubu son bir dəfə daha açdı və diqqətlə oxumağa başladı.
Gülnarəm, tək sevdiyim. Bağışla məni. Bu nəktubu məni bağışlaman üçün yox, ölümümdən sonra həyata küsməmən, sənin fikirləşdiyin qədər dəyərli biri olmadığımı anlaman üçün yazıram. Biz söz vermişdik, hətda söz verməklə kifayətlənməmiş Allahın dərgahında “Quran”a and içmişdik bir ömür boyu bir-birimizi sevib, sadiq qalacağımıza. Mənsə nəfsimə hakim ola bilmədim, aldatdım səni. Sənin ömürlük sevgi payından kimlərəsə verdim, hansıki dəyməzdi gülüm. Bax elə o bir günün, bir anlıq nəfsin qurbanına çevrildim. Axır zamanlar evə gec gəlməlirimin, bəzən gəlməmələrimin də səbəbi budur. Səndən uzaqlaşarkən necə əzab çəkdiyimi bir mən bilirəm, amma bilirdim bu cəzanın tək mən çəkməliyəm. Bu mənfur xəstəliyə səni də düçar etməyə, səni də özümlə öıdürməyə ixtiyarım yox idi.
Mənim ölümümü xəyanətimlə tapdım.
Gülnarə digər kağızlara da baxdı. Tahirin ölümü cinayət yox özünə qəsd idi. Bədənindəki yaralarsa xəstəliyinin törətdiyi fəsadlardı. Tahir cinayətə yox xəyanətə qurban getmişdi.
Gülnarə məktubu və digər kağızları götürüb mətbəxdə yandırdı. Ardına baxmadan Tahirlə həyatını birləşdirdiyi evi həmişəlik tək qoydu.

 

Категория: Xeberler | Просмотров: 900 | Добавил: ELIS | Рейтинг: 2.0/1 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017