.....:::::Xosh Gelmisiniz:::::.....
Среда, 24.04.2024, 13:19



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

Главная » 2008 » Декабрь » 2 » Cavabini axtardiginiz suallarin cavabi..
Cavabini axtardiginiz suallarin cavabi..
21:53
Cavabini axtardiginiz suallarin cavabi.

Bilmirəm səbəbi nədir amma bəzən insanlar cavablarını bilmədiyi sualları mənim emailimə yazır. Əlbəttə mən nə dahi deyiləm,nə də düşündüyünüz qədər super ağla sahib bir insan.
Amma hər dəfə cavabsız qoyduğum bəzi sualların cavablarını məhz bu gün sizinlə bir yerdə cavablandırmaq istəyirəm!
İlk növbədə sualları yazıram, daha sonra isə öz şəxsi fikirlərimi. Oxuduqdan sonra isə siz sualın cavabını öz bildiklərinizə istinad edərək yazın!



1- Namaz qılanda fikrim dağılır, bu zaman namazım qəbul olunurmu?
2- Ata-anamın xeyir-duasını almadan sevdiyim insanla ailə qura bilərəmmi?
3- İnsanların sevgi hissləri ilə oynamaq günahdırmı?

 
1- Namaz qılanda fikrim dağılır, bu zaman namazım qəbul olunurmu?

1- Namazda diqqətin dağılması şeytanın əməlidir. Daim insanın içində onun fikrinin yayılmasına səbəb olaraq onu namazdan soyudur. Namazı pozan hallar var, o hallardan başqa hallar namazı pozmaz, ona görədə əgər fikriniz yayındısa və namazı qıldınızsa, yenidən qılmağa ehtiyac yoxdur. Qeyd edim ki, əgər tam olaraq xatırlaya bilmirsinizsə neçə rükət qıldınız o zaman yenidən qılsanız daha yaxşı olar.
Unutmayın, hər necə namaz qılırsınız qılın, kimsə deyə bilməzki sənin namazın qəbul olundu, çünki bunu sadəcə Allah bilir.

Xahiş edirəm mənim yazılarıma əsasən nəyin günah olub-olmamağına qərar verməyin,bu sadəcə şəxsi fikrimdir, cavabını bir yerdə tapacayıq!
 
2- Ata-anamın xeyir-duasını almadan sevdiyim insanla ailə qura bilərəmmi?

2- Bu suala məhzəblərə görə dəyişir, Safi məzhəbinə görə qız valideyinlərinin icazəsi olmadan ərə gedə bilməz, oğlan evlənə bilər, Hanefi məzhəbinə görə isə həm oğlan, həmdə qız valideyinin razılğı olmadan ailə qura bilməz. Mənim fikrimə görə isə, insan Allahdan sonra ata və anasına tabe olmalıdır və ona itaət etməlidir. Ata və ana oğlunu və ya qızını dindən, vətənindən, imanından, həqiqətdən, mədəniyyətdən uzaqlaşdırırsa bu zaman onlara itaət etməmək olar. Ola bilsin ki, ata öz qızını satmaq kimi və ya qumarda uduzaraq, və ya prestijli ailəyə qohum olmaq naminə başqasına ərə verirsə bu zaman qız onlara itaət etməyə bilər. Nəticə etibarı ilə ailə qurduğun insanla xoşbəxtsənsə deməli ata-ananın da xeyir duasını alacaqsan, çünki onlar üçün ən vacibi övladlarını xoşbəxt görməkdir.

Xahiş edirəm mənim yazılarıma əsasən nəyin günah olub-olmamağına qərar verməyin,bu sadəcə şəxsi fikrimdir, cavabını bir yerdə tapacayıq!

 
3- İnsanların sevgi hissləri ilə oynamaq günahdırmı?

3- Bu suala cavab vermək bir az çətindir, çünki dini mənbələrdə bu haqda məlumat yoxdur. Bu bir növ bizim uydurduğumuz sözlərdi ki, kiminsə sevgi hissləri ilə oynadılar! Sevgi ali hissdir, Allaha olan sevgi, Ata-anaya olan sevgi və sair. Amma kimisə o dərəcədə sevmək olmaz kı ona görə valideyinlərindən keçəsən və özünü günah olduğunu bilə-bilə ölümə gedəsən. Ona görədə qarşı cinsə olan sevgi müəyyən çərçivədə olmalıdır.Məhz buna görədə sevgi hissləri ilə oynamağın günah olduğu haqda bir məlumat yazılmayıb! Bu məsələyə başqa cür yanaşsaq, Qul hakkı deyilən bir termin var. Qarşıdakı insanın sevgisi ilə oynadığın zaman o bu hisslərdən, özünə zərər verəcək hər hansı bir iş edirsə bu zaman onun qul hakkı qalır, budaki böyük günahlardan biridir. Ona görədə kimsənin sevgi hissləri ilə oynamayin! 

Xahiş edirəm mənim yazılarıma əsasən nəyin günah olub-olmamağına qərar verməyin,bu sadəcə şəxsi fikrimdir, cavabını bir yerdə tapacayıq!

Hər zaman hər kəsə dediyim bir sözüm var hansıkı indi dillər əzbəridir: "Heç vaxt üzümü Allaha tutub demirəm mənim böyük problemim var, üzümü problemimə tutub deyirəm mənim Böyük Allahım var! "

NoT: Bu yazı hardasa yazılacaqsa xahiş olunur mənbə (Mix.aZ) qeyd olunsun! Əməyə Hörmət!



Bu suallarla bağlı sizin cavablarınız çox önəmlidir! Fikrinizi bildirin,nəyin günah olub-olmadığını bir yerdə anlayağın!
Категория: Xeberler | Просмотров: 1175 | Добавил: ELIS | Рейтинг: 5.0/1 |
Всего комментариев: 1
1 Kralica  
0

Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024