.....:::::Xosh Gelmisiniz:::::.....
Понедельник, 18.12.2017, 02:09



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 442

Главная » 2008 » Декабрь » 1 » Ovlad Haqlari
Ovlad Haqlari
21:39
İslamda Övlad Hakları

Allah Təala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. 

Buyurun daha Ətraflı Xəbərin Ardında




Allah Təala övladlara bir çox valideyn haqlarını tanımağı vacib etdiyi kimi, valideynlərə də övlad haqlarını vacib etmişdir. Bu övlad haqlarının bəziləri dünyaya gəlməmişdən əvvəl, digərləri isə doğulduqdan sonra yaranır. İndi isə bu hüquqlardan bəzilərini sadalayaq və bu hüquqlara məxsus olan İslamın gözəlliklərini qeyd edək. 
Övlad doğulduqdan sonra onun haqları.
1. Doğulmuş uşağın qulağına azan oxumaq.Əbu Rafi a.r.o. deyir ki, mən Peyğəmbəri s.a.v. Hüseyn İbn Əli doğularkən onun qulağına azan verdiyini gördüm" . Bu, körpənin ilk olaraq Allah kəlməsini və onun əzəmətli Rəbb olduğunu eşitməsi, şəhadət kəlməsini duyması, şeytanın azan sözlərini eşitdikdə qaçması, Allah taalanın dəvətinin şeytanın çağırışından əvvəl olması və s. üçündür. 
2. Doğulmuş uşağın əvəzinə əqiq etmək (yəni, Allaha şükr əlaməti olaraq qoç kəsmək), başını qırxmaq və adını qoymaq. Salman ibn Amir əl-Dabbi a.r.o. Peyğəmbərin s.a.v. belə buyurduğunu deyir:"Doğulmuş körpə ilə əqiq (qurban) vardır, onun əvəzinə qan axıdın və üzərindəki natəmizliyi (saçını) təmizləyin"
3.Uşaqlara gözəl adlar vermək: Peyğəmbər s.a.v. uşaqlara gözəl adlar verməyi tövsiyə edərdi. 
4. Sünnət etmək. Uşaqları sünnət etmək fitrətdən və Peyğəmbərin  sünnəsindəndir (qoyduğu qaydalardandır). 
5. Onlarla nəvaziş və rəhmətlə davranmaq. Peyğəmbər s.a.v. bu xüsusiyyətə görə Qureyş qəbiləsindən olan saleh qadınları tərifləmişdir. 
6. Onlar özlərini dolandırmaq iqtidarında olana qədər, onların xərcliklərini və gündəlik təlabatlarını ödəmək atanın boynundadır. Bu xərclik və gündəlik təlabata yemək, içmək, geyim, məskunlaşma, müalicə, oxutmaq və tərbiyə etmək daxildir. Bunlar həm qız, həm də oğlan uşaqlarının haqlarıdır. 
7. Övladlar arasında bərabərliyin vacibliyi. Onların arasında qız yaxud oğlan olmasından asılı olmayaraq heç bir fərq qoymamaq. 
8.Övladlara yaxşı tərbiyə vermək: Allah taala buyurur: 
"“Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (əl-İsra: 24).

Категория: Islam | Просмотров: 1145 | Добавил: ELIS | Рейтинг: 4.3/3 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017