.....:::::Xosh Gelmisiniz:::::.....
Пятница, 24.11.2017, 15:56



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 441

Главная » 2008 » Декабрь » 1 » HEDISLER
HEDISLER
21:25

Hədislər

Bunları bütün müsəlmanlar bilməlidi

Buyurun xəbərin ardında daha ətraflı










Hədislər. Bunu hamı bilməlidir!

Məhəmməd Peyğəmbər (s.ə.s.) 

Qiyamət günü bir kişini sorğu-sual etmək üçün əməl dəftərini əlinə verirlər. Kişi dəftərə baxanda çox təəccüblənir. Çünki əməl dəftərində savab əməllərinin olmadığını görür. Kişi heyrət içində soruşur: “İlahi, axı bu mənim əməl dəftərim deyil! Burada bir dənə də olsun xeyir əməlimi, Sənə etdiyim itaətimi görmürəm!”. O, belə cavab alır: “Sənin Allahın nə xəta edər, nə də unudar. Sənin xeyir əməllərin camaatın qeybətini etdiyinə görə bada gedib”. Elə bu vaxt başqa bir kişini sorğu-suala tuturlar. Bu kişi isə əməl dəftərində çoxlu savab əməllərini görüb təəccüblə deyir: “İlahi! Bu mənim əməl dəftərim deyil! Çünki mən bu ibadətləri etməmişəm!” O isə belə cavab alır: “Filankəs sənin qeybətini etdi və Mən onun yaxşı əməllərini sənin əməl dəftərinə yazdım!”.


İmam Sadiq (ə): 
Bir kişi üç il ardıcıl olaraq Allahdan ona bir oğul nəsib etməsini diləyib dua edirdi. Lakin uzun zaman idi ki, onun duası qəbil olunmurdu. Bir gün kişi məyus olub, üzünü Allaha tutaraq belə deyir: “İlahi! Mən Səndən uzaq olduğuma görə məni eşitmirsən, yoxsa mənə yaxınsan, ancaq duamı qəbul etmirsən?”. Kişi gecə yatır və belə bir yuxu görür. Bir nəfər yuxuda ona yaxınlaşıb bu sözləri deyir: “Əslində, sən üç ildir, Allaha pis sözlər danışan dilinlə, sözə qulaq asmayan qəlbinlə haram işlərdən çəkinmədən və səmimi olmayan niyyətinlə dua edirsən. Gərək pis söz söyləməkdən əl çəkəsən ki, qəlbin saflaşsın və niyyətin düz olsun”. Bu yuxunu görəndən sonra, kişi öz əməllərini düzəldir, qəlbi saflaşır və o, yenidə Aallaha dua edib övlad istəyir. Bir müddət sonra onun bir oğlu dünyaya gəlir. 

İmam Sadiq (ə):
İmam Sadiq bir dostu ilə bazara gedirdi. Onların arxasınca İmamın dostunun köləsi də gəlirdi. Imamın dostu üç dəfə arxaya dönübköləsini çağırdı, lakin onu görmədi. Yalnız dördüncü dəfə arxaya dönəndə o, köləsini görüb belə dedi: “Harada idin, ey zinadan doğulan adam?”. Imam Sadiq bunu eşidən kimi dostuna bunu söylədi: “Sən onun anasına zinakarlıqdamı ittiham edirsən? Mən səni yaxşı insan kimi tanıyırdım. Sən demə, sən də pis əməldən çəkinmirsən!”. Dostu İmamın sözlərindən kədərlənib belə dedi: “Qurban olum sənə, köləmin anası Allaha şərik qoşanlardandır!”. İmam cavabında belə dedi: “Hər millətin evlənmə qayda-qanunları var, bundan xəbərin yoxdurmu?”. Yəni hər bir millətin özünəməxsus evlənmə qaydaları var ki, onlar insanları zinadan qoruyur... 

İmam Sadiq (ə):

Yusif Peyğəmbər hökmdar olduğu zaman öz qoca atası Yaqubla görüşür. Yusif atasını qarşılayanda şahlığının şan-şöhrəti onu ələ alır və Həzrət Yusif atasının ayağına atdan düşmür. Elə bu zaman Cəbrail mələk nazil olub, Yusif Peyğəmbərə belə deyir: “Ey Yusif! Ovcunu aç!”. Yusif Peyğəmbər ovcunu açanda oradan nur saçaraq göyə yüksəlir. Bunu görən Yusif belə deyir: “Ey Cəbrail! Mənim ovcumdan çıxan bu nur nə idi?”. Cəbrail mələk ona belə cavab verir: “Sənin nəslindən Peyğəmbərlik kəsildi! Qoca Yaqubun ayağına düşməməyinin cəzası kimi sənin nəslindən bir Peyğəmbər də olmayacaq”.

İmam Əli (ə): 

Insan sərvətə də, övlada da sahib olsa, nə qohumlarından,nə onların ehtiramından nə də əl və ya dil ilə onları müdafiə etməkdən çəkinməlidir. Insana bir müsibət üz verdikdə, pis bir iş baş verdikdə onun başına digər insanlardan daha tez qohumlar toplaşır, ona arxa olur, ona daha çox mehribanlıq göstərir, dərdinə daha çox şərik olurlar. Hər kəs əlini qohum-əqrəbasından çəksə, onlardan yalnız bir əl çəkilib, lakin insanın özündən çoxlu əllər çəkiləcək. Dövlətli olsanız belə, heç vaxt təkəbbürlük edib öz qohumlarınızdan uzaqlaşmayın. Nəbadə, sizlərdən biri yoxsul olduğu təqdirdə, qardaşından kömək görmədiyinə görə ondan uzaqlaşsın.

İmam Sadiq (ə):
Bir-birindən küsüb-ayrılan iki şəxsdən biri mütləq Allahın qəzəb və lənətinə layiqdir. Hətta ola bilər ki, onların ikisi də buna layiq olsun. Çünki birində günah olmasa belə, o da qardaşını özü ilə barışığa dəvət etmir və onun söylədiyindən keçmir.iki nəfər bir-biri ilə mübahisə edib, biri digərinə qalib gəldikdən sonra, zülmə məruz qalan şəxs aradakı inciklik və ayrılığın sona çatması üçün ona zülm edənin yanına gedib belə desin: “Qardaş mən sənə zülm etdim, təni haqsız mənəm. Çünki Allah-Təala hikmətli və ədalətlidir və mızlumun haqqını zalımdan alır”.

Категория: Islam | Просмотров: 1707 | Добавил: ELIS | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Декабрь 2008  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2017