.....:::::Xosh Gelmisiniz:::::.....
Пятница, 29.03.2024, 08:19



Приветствую Вас Гость | RSS
[ Главная ] [ Регистрация ] [ Вход ]
Меню сайта

Разделы новостей
Xeberler [74]
Mobil dunya [5]
Islam [6]
Xaker [3]
Programlar [8]
Sekiller [24]
Mahnilar [15]
Video [38]

Мини-чат

Наш опрос
Menim Saytim Necedi?
Umumi Cavablar: 443

Главная » 2008 » Ноябрь » 30 » Birtual SEVGİ
Birtual SEVGİ
19:48
Virtual sevgiyə inanırsınız? sualını tv-də və radio kanallarında 

Eşidəndə bu mənə mümkünsüz bir şey kimi gəlirdi.

Necədə mən virtual sevə bilərəm?

Çox keçmədi çatda bir qızla tanış oldum. winked

Ardında!!!


Qəmli sevgi!

Virtual sevgiyə inanırsınız? sualını tv-də və radio kanallarında eşidəndə bu mənə mümkünsüz bir şey kimi gəlirdi. Necədə mən virtual sevə bilərəm? Çox keçmədi çatda bir qızla tanış oldum. Zaman keçdikcə o qıza günü gündən bağlanmağa başlayırdım. 1 il danışıqlardan sonra artıq bir-birimizə qarşı sevgi hissi oyanmışdı. Söhbətdən sonra telefonla əlaqə saxlamağımız daha da bizi bir-birimizə bağlayırdı. Bir-birimizi ürəkdən sevirdik. Amma gəldi çatdı elə bir gün... Danışdım o qızın anası ilə. Anası ilə danışıqda anası mənə qızının bu sevgidən əziyyət çəkərək tez-tez ağladığını və sonda isə bir valideyn kimi qızına qarşı öz fikirlərinin olduğunu mənə bildirdi. Bundan sonra artıq o qızla əlaqələri tamamilə kəsmək məcburiyyətində qaldım. Bunu qızın özünə də eynilə bildirdim. Həmin günün axşamı o qızı çatda görəndə bu söhbətimizin sonuncu söhbət olacağını bilirdim və beləliklə də sonuncu danışığımızı bir yadigar olaraq çatdan bir word mətninə copy etdim...


Mən-> Salam, acıda olsa bu son danışığımızdır.

O Qız-> Salam, mən heç nə anlaya bilmirəm, sən məndən belə rahatlıqla əl çəkirsən?

Mən-> Anlamamalı heç nə yoxdur. Rahatlıqla səndən əl çəkdim çəkmədim fərqi nədir? İncimə sənin valideynlərinin sənə qarşı fikri başqa mənim valideynlərimin başqa.

O Qız-> Bəs sən məni heç vaxt atmayacaqdın?

Mən-> Mən səni heç zaman atmayacaqdım atmadım da. Amma məgər mənim istəyimləmi oldu ayrılmağımız :(

O Qız-> Mən indi necə yaşaya bilərəm, heç məni düşünmürsən sən?

Mən-> Bir müddətdən sonra mənə görə yaşamaq heç də sənə çətin gəlməyəcək, eynilədə mənə sənsiz (Belə danışığıma səbəb ayrılmağımızın ona çoxda çətin gəlməməsi olub)

O Qız-> Mən deyəndə ki siz oğlanlara nə var ki azad və rahatsınız mənə yox deyirdin sən. Başımı təmiz itirmişəm, mən nə etdim ki, sən belə edirsən.

Mən-> Məgər mən sənə, sənin nəsə etdiyini dedim..? Sənlik heçnə yoxdur...

O Qız-> Necə olacaq. Axı sən mənim birinci və axırıncım olmalı idin ya yox?

Mən-> Bilmirəm axırıncın olmalı idim ya yox hər halda bunu özün yaxşı bilərsən.

O Qız-> Bəs mənə niyə elə gözəl sözlər yazırdın sən? Deməli mən sənin üçün elə belə vaxt keçirmək üçün lazım olmuşam, bəs Allahdan qorxmursan sən? Məni aldatdığını düşünmürsən?

Mən-> Məgər o sözlərdə zərrə qədər olsa yalan var idi.. ? Bəlkə sənlə bərabər o sözləri başqasına da yollayırdım? Yox ancaq sənə həsr olunmuşdu. Həqiqətən o sözləri sənə yazınca haldan-hala düşürdüm daim səninlə çatda olan danışıqlarımız gözümün önündən keçirdi. Bilənlər bilir o çata girməyimin səbəbi səni görməyim olurdu. Bir daha olmayacaq. Səni aldatdığımı zənn edirsən, yer göy bildi səni sevməyimi sən bilmədin. Sənlə hərçənd heç bir dəfə olsun belə görüşməmişəm amma danışığından belə çıxır ki, səninlə bir yerdə olub sonra səni aldatmışam. 

O Qız-> Mən çata gələcəm və başqaları ilə söhbət edəcəm bəs sən onda nə hisslər keçirəcəksən həəəə?

Mən-> Sənlə danışmaq üçün inan hər şeydən əl üzürdüm təki sənlə danışım. Məhz ona görə nə gəzintiyə nədə şənliklərə belə getmirdim ki, gəlib gözləyərsən olmaram deyə. Mənim hər şeyim sən idin, şənliyi ancaq sənlə danışmaqda görürdüm. Axşamın da tez gəlməyini səbirsizliklə gözləyirdim ki, indi sən çata daxil olacaqsan danışacağıq. Demək başqaları ilə söhbət edəcəksən. Yaxşı sevgiyə son qoyuruq-qoyuruq buna görə məni incitməyimi qərara aldın? Bu gündən etibarən başqaları ilə sənin söhbət etməyini görən deyiləm. Danış ürəyin istəyən kimi. Danış! Bir daha çalışacam gözünə dəyməyim, hərçənd səni çatda hamıdan üstün tutduğumu özündə görmüşdün!

O Qız-> Mən yuxuma belə, belə bir şeyin ola biləcəyini gətirməzdim Vallah. Sən mənim bircə dənəmsən. Məgər elə deyil?

Mən-> Gözəlim sən də mənim bir dənəmsən olacaqsan daima olmusan da. Bağışla canım bağışla sonu olmayan bir şeyi davam etmək lazım deyil. Canımsan mənim, heç zaman üzülmə nə mənə nə də başqasına görə. Sənin tək qıza üzülmək olmaz. Bir müddətdən sonra unudulacam. Anan demişkə bu yaşlarda olan sevgi təbiidir.


Və beləliklə o son söhbətimizlə də əlaqələrimiz tamamən kəsildi. Aradan 3 il keçir. O qızı hələ də sevirəm. Kim bilir, bəlkə də elə bir gün gələr həyat səni bu səhifəni açıb oxumağa vadar edər. Canım hər şeyim mənim, səni virtual həyatdan tapdım, səni mən sənə qovuşmaq üçün sevdim, sevib ayrılmağım üçün deyil. Bəlkə də sən bütün bu yazılarımı indi oxuyursan.. unutma ki, mən səni nə atar nə də tərk edərdim unutma səni ölüncəyə qədər də sevərdim, unutmamışam səni, ölüncəyə qədər də unutmayacam və sevəcəm...


Bəs siz necə virtual sevgiyə inanırsız ?


Категория: Sekiller | Просмотров: 1627 | Добавил: ELIS | Рейтинг: 4.5/2 |
Всего комментариев: 2
2 cema  
0
odnaklassnik.ru

1 HALIMA  
0
he men inaniram cunki ele ozumde hemin veziyyetdeyem hazirda sevirem ve qarwi terefin meni ne vaxtsa atmasindan ve aldatmasindan cox qorxuram... ve umid ediremki hec vaxt duwunduklerimle qarwilawmaram inwallah......

Имя *:
Email *:
Код *:
Форма входа

Календарь новостей
«  Ноябрь 2008  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Поиск

Друзья сайта

Статистика

Copyright MyCorp © 2024